Azərbaycana avtomobil idxalı 2,2 dəfə artıb

Azərbaycana avtomobil idxalı 2,2 dəfə artıb
# 17 mart 2020 17:09 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 11 547 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 10 717 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 2,3 dəfəyədək artıb.

Bundan başqa, bu ilin ilk iki ayında ölkəyə 741 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 86,6% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 64 ədəd (artım təxminən 72,9% çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 25 ədəd (10,7% az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə 1273 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 9 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-fevral aylarında avtomobil idxalının dəyəri 122 892, 93 min ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR