Azərbaycana yanvar-fevralda 437 min dollarlıq sikkə idxal edilib

Azərbaycana yanvar-fevralda 437 min dollarlıq sikkə idxal edilib
# 27 aprel 2020 11:55 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 436,61 min ABŞ dolları dəyərində 74 138,9 kq sikkə (qızıldan başqa) idxal olunub.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirək ki, Azərbaycana sikkə idxalı yalnız Almaniyadan həyata keçirilib.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycana 2 157,91 min ABŞ dolları dəyərində 229 556,7 kq sikkə (qızıldan başqa) idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR