Azərbaycanda banklardan kənar nağd pul kütləsi iyulda 5% artıb

Azərbaycanda banklardan kənar nağd pul kütləsi iyulda 5% artıb
# 26 avqust 2020 14:10 (UTC +04:00)

Bu ilin avqustun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 711,8 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 498,3 mln. manat və ya 1,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 069,5 mln. manat və ya 4,2% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) avqustun 1-nə 9 722,9 mln. manat təşkil edib. Bu isə aylıq müqayisədə 476,3 mln. manat və ya 5,2% artım deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1 146,1 mln. manat və ya 13,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR