Azərbaycanda bankların əhaliyə nağd funt satışı azalıb

Azərbaycanda bankların əhaliyə nağd funt satışı azalıb
# 14 mart 2020 14:43 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd funt sterlinq kütləsinin həcmi 3 611,2 min funt təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 1 512,6 min funt və ya 72 % çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında ölkə əhalisi tərəfindən 351,8 min funt və ya 8,9% daha az funt alınıb.

Bundan başqa, bu ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd funt sterlinq kütləsinin ümumi həcmi 2 579,3 min funt təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 1 860,3 min funt və ya 3,6 dəfə, 2019-cu ilin dekabr ayı ilə müqayisədə isə 1 043,5 min funt və ya 68% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR