Azərbaycanda bu il 64 birgə müəssisə yaradılıb

Azərbaycanda bu il 64 birgə müəssisə yaradılıb
# 21 aprel 2020 13:15 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 64 birgə müəssisə yaradılıb, 5 statistik vahid isə ləğv edilib.

"APA-Economics"in Dövlət Statistika komitəsinə istinadən verdiyi xəbərə görə, 2020-ci il aprelin 1-nə əsasən 2 961 birgə müəssisə qeydiyyatdan keçib.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (22,3%), İran (10,7%), Rusiya (5%), Böyük Britaniya (4,8%), ABŞ (1,7%) və Almaniya (1,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Qeyd edək ki, I rübdə ölkədə 751 xarici müəssisə(100% xarici investisiyalı) yaradılıb, 21 statistik vahid isə ləğv edilib.

Xatırladaq ki, 2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9% artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 051 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR