Azərbaycanda cəmi depozit bazası bu il cüzi genişlənib

#
# 17:52
21 aprel 2021

Bu ilin aprelin 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 23 825,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1,1% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 1,4%, ilin əvvəlindən isə 0,7% artıb.

Qeyd edək ki yerləşdirilmiş depozitlərin 55%-i xarici valyutada olub. Beləliklə, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması son dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR