Azərbaycanda əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri 9% azalıb

Azərbaycanda əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri 9% azalıb
# 02 aprel 2020 11:20 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların dəyəri 158,1 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalma müşahidə olunub.

Bu ilin fevral ayında ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 72,9 mln. manat təşkil edib ki, bu da yanvar ayının göstəricisindən 14,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR