Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi 20%-dən çox artıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi 20%-dən çox artıb
# 25 iyun 2020 17:42 (UTC +04:00)

Azərbaycanda dövriyyədə olan debet kartları ilə bu ilin may ayı ərzində 2,192 mlrd. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 19,6% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 20,3% artım qeydə alınıb.

May ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,715 mlrd. manatı ATM, 178 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 237 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2 130 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 19,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,3% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 61 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 15,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 34,4% azalıb.

Qeyd edək ki, cari ilin iyunun 1-nə Azərbaycanda 7 554 min ədəd debet kartı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR