Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi apreldə 10% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi apreldə 10% azalıb
# 03 may 2021 15:29 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 36,324 mln. manat həcmində 503 ipoteka krediti verib.

"APA-Economics"in İKZF-yə istinadən verdiyi məlumata görə, bu mart ayı ilə müqayisədə 10,1% azdır. Cari ilin yanvar-aprel aylarında isə 132,931 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 773 653 844 manat məbləğində 33 375 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 231 270 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 774-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR