Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22,2% azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22,2% azalıb
# 14 avqust 2020 18:09 (UTC +04:00)

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% azalaraq 3843,5 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2903,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-ni təşkil edib.

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 385,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 109,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR