Azərbaycanda icbari sığorta bazarı 14% artıb

Azərbaycanda icbari sığorta bazarı 14% artıb
# 11 iyun 2020 12:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 101 529,7 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 25 282,6 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 14%, ödənişlər isə 8,5% artıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 20,4% artaraq 21 772,3 min manat, ödənişlər isə 1,5% azalaraq 703 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 79 757,4 min manat sığorta haqqı yığılıb, 24 579,5 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 8,8% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR