Azərbaycanda istehlak kreditlərinin həcmi ilin əvvəlindən 8,3% azalıb

Azərbaycanda istehlak kreditlərinin həcmi ilin əvvəlindən 8,3% azalıb
# 25 sentyabr 2020 16:09 (UTC +04:00)

Azərbaycanda banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi cari il sentyabrın 1-nə 3 736,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu da, öz növbəsində, ilin əvvəlinə nisbətən istehlak kreditləşməsinin həcmində 338,4 mln. manat və ya 8,3% azalma deməkdir.

Hesabat dövründə biznes kreditlərinin həcmində də azalma qeydə alınıb. Bu kateqoriyadan kreditlərin həcmi ilin əvvəlinə nisbətən 386,7 mln. manat və ya 4,3% azalıb və 8 644,9 mln. manat təşkil edib.

Bu müddətdə ipoteka kreditlərinin həcmi isə əksinə 7,2% artaraq cari il sentyabrın 1-nə 1 922,4 mln. manata çatıb.

Qeyd edək ki, bank sektorunun cəmi kredit portfeli bu il sentyabrın 1-nə 14 304,2 mln. manat olub. Bu isə ilin əvvəlinə nisbətən 596,7 mln. manat və ya 4% azdır.

Kredit portfelində azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR