Azərbaycanda könüllü tibbi sığorta bazarı 1%-dək azalıb

Azərbaycanda könüllü tibbi sığorta bazarı 1%-dək azalıb
# 27 aprel 2021 12:30 (UTC +04:00)

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 62,046 mln. manat sığorta haqqı toplanıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 0,8% azalıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 17,034 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artıb.

Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə I rübdə yığımlar 155,648 mln. manat, ödənişlər isə 104,330 mln. manat təşkil edib. Bu, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3% az və 81,5% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 62,5%-ni (yanvar-fevralda – 73,4%), ödənişlər isə 71,8%-ni (yanvar-fevralda – 67%) təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında ölkədəki sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 45,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 3,4%, ödənişlər isə 88,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR