Azərbaycanda əməkhaqqı fondu bu il 8% artıb

Azərbaycanda əməkhaqqı fondu bu il 8% artıb
# 15 oktyabr 2020 11:56 (UTC +04:00)

Bu il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemində özəl sektor tərəfindən daxil edilən əmək müqavilələri bildirişlərinin sayında 19% (120 minə yaxın) artım qeydə alınıb.

"Caspian Energy Club"dan (CEC) "APA-Economics"ə verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov CEC-in təşkil etdiyi "Online B2G Forum"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı, əməkhaqqı fondu 8%, o cümlədən dövlət sektoru üzrə 3,5%, özəl sektor üzrə 13% artıb.

"Cari ildə məşğulluğun qorunması ilə yanaşı, xüsusən də əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etməsi və bu artımın böyük əksəriyyətinin özəl sektora aid olması müsbət sosial-iqtisadi məqamlardan biri oldu", - deyə F. Heydərov qeyd edib.

O həmçinin əlavə edib ki, karantin dövründə Azərbaycanda dövlət sektorunda fəaliyyət göstərən 900 min işçidən təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib: "Özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısı alınıb, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR