Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 3%-dək artıb

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 3%-dək artıb
# 14 sentyabr 2020 13:53 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 595 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.

Bu ilin səkkiz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 413,0 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 1,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR