Azərbaycanda nağdsız ödənişlərin həcmi 44% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 44% artıb
# 01 aprel 2020 12:35 (UTC +04:00)

Bu ilin fevral ayı ərzində Azərbaycanda bank kartları ilə 418 mln. manat həcmində nağdsız ödəniş əməliyyatı həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının(AMB) açıqladığı hesabat əsasında hesablamalarına görə, bu kateqoriyadan olan əməliyyatların həcmi yanvar ayı ilə müqayisədə 1,5% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə nağdsız ödənişlərin həcmində 47,2% artım qeydə alınıb.

Ümumilikdə, cari ilin yanvar-fevral ayları ərzində ölkədə nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44,4% artaraq 830 mln. manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR