Azərbaycanda özəl sektorun kreditləşməsi ÜDM-nin 18%-ni təşkil edir

Azərbaycanda özəl sektorun kreditləşməsi ÜDM-nin 18%-ni təşkil edir
# 03 may 2021 16:00 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 12,936 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aylıq müqayisədə 0,8%, ilin əvvəlindən isə 1,6% artıb. Sözügedən sektora verilən kreditlərin 53,1%-i ev təsərrüfatlarının payına düşür. Özəl sektorun kreditləşməsi cəmi kredit qoyuluşlarındakı xüsusi çəkisi isə 93,7% təşkil edir.

Qeyd edək ki, hazırda özəl sektorun kreditləşməsinin 2020-ci ilin ÜDM-dəki payı 17,9% təşkil edir. Asiya İnkişaf Bankının təhlilinə görə, bu, aşağı göstərici sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR