Azərbaycanda problemli kreditlər aylıq 7% artıb

Azərbaycanda problemli kreditlər aylıq 7% artıb
# 01 may 2020 11:52 (UTC +04:00)

Bu ilin aprelin ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 386,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 89 mln. manat və ya 6,8% çoxalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 113,7 mln. manat və ya 8,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 171,2 mln. manat və ya 11% azalıb.

Qeyd edək ki, aprelin 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,9% təşkil edir ki, bu da aylıq müqayisədə 0,3% bəndi çox, illik müqayisədə isə 3% bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR