Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycanda problemli kreditlərin həcmi azalıb
# 31 mart 2020 13:59 (UTC +04:00)

Bu il mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 297,8 mln. manat təşkil edib ki, bu göstərici fevralın 1-ilə müqayisədə 9,1 mln. manat və ya 0,7% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, 1 mart 2020-ci il tarixinə problemli kreditlərin cəmi iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi fevralın 1-nə olan 8,4%-dən 8,3%-ə enib.

Hesabata əsasən illik müqayisədə isə problemli kreditlərin həcmi 276,9 mln. manat və ya 17,58% azalıb.

Qeyd edək ki, 2019-cu il martın 1-nə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 12,14% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR