Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlindən 27%-dən çox azalıb

Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlindən 27%-dən çox azalıb
# 25 dekabr 2020 13:21 (UTC +04:00)

Bu ilin dekabrın ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 922,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 8,3% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 27,5% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 34,6% azalıb.

Qeyd edək ki, dekabrın ayının 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6,3% təşkil edib. Bu ötən ayla müqayisədə 0,5 faiz bəndi, ötən ilin əvvəli ilə isə 2 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR