Azərbaycanda pul kütləsi son bir ildə 17% artıb

Azərbaycanda pul kütləsi son bir ildə 17% artıb
# 31 mart 2020 14:30 (UTC +04:00)

Bu il martın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi(M3) 28 530,4 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 86,3 mln. manat və ya 0,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 056,4 mln. manat və ya 16,5% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) martın 1-nə 9579,2 mln. manat təşkil edib. Bu isə fevralın 1-nə nisbətən 312,5 mln. manat və ya 3,37% artım deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2 250,7 mln. manat və ya 30,7% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR