Azərbaycanda regionların kreditləşməsi artıb

Azərbaycanda regionların kreditləşməsi artıb
# 11 aprel 2020 11:07 (UTC +04:00)

Azərbaycanda regionlara kredit qoyuluşunun bu il martın 1-nə 2 994 440 min manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, regionlara kredit qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 666 050 min manat və ya 28,6% artıb.

Eyni zamanda, bu müddətdə cəmi kredit qoyuluşunda regionların xüsusi çəkisi 18,0%-dən 19,6%-ə yüksəlib.

Qeyd edək ki, 1 mart 2020-ci il tarixinə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 299 104 min manat təşkil edib. Kreditlərin də 12 304 664 min manatını Bakı şəhəri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR