Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 3% azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 3% azalıb
# 10 iyun 2020 15:09 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 907,6 mln. manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 2,8% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə sərf edilmiş vəsaitin 2 606,4 mln. manatı qeyri neft-qaz sektoruna, ondan 366,8 mln. manatı isə qeyri neft-qaz sənayesinə ayrılıb.

Qeyd edək ki, qeyri neft-qaz sektoruna yönəldilmiş vəsaitlər 16,7%, qeyri neft-qaz sənayesinə isə 31,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR