Azərbaycanda xarici valyutada kreditləşmənin həcmi 20% azalıb

Azərbaycanda xarici valyutada kreditləşmənin həcmi 20% azalıb
# 22 aprel 2021 14:50 (UTC +04:00)

Bu ilin aprelin 1-i tarixinə Azərbaycandakı kredit təşkilatları (banklar, BOKT, kredit ittifaqları) tərəfindən verilən kreditlərin həcmi aylıq 0,7% artaraq 14,728 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, kreditlərin 28,2%-i və ya 4,153 mlrd. manatı xarici valyutada olub. Ötən ilin mart ayından bəri xarici valyutada kredit qoyuluşları 20% azalıb.

Qeyd edək ki, yanvarın 1-nə kreditlərin dollarlaşması 29,8% təşkil etmişdi ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. Beləliklə, dollarlaşma ötən ay da altıillik minimum səviyyəsində qalıb.

Statistikanın aparıldığı dövrdən (2006-cı ildən bəri) kreditlərin ən yüksək dollarlaşma səviyyəsi isə 2016-cı ilin yanvar ayında qeydə alınmışdı (51,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR