Azərbaycandakı banklar bugünkü valyuta hərracında 62 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 62 mln. dollar cəlb edib
# 13 aprel 2021 12:51 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 aprel 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 11,9% və ya 6,6 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR