Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 60% azalıb

Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 60% azalıb
# 29 aprel 2021 10:22 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 83,9 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,4% azalıb.

Cari ilin mart aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 33,4 mln. manatlıq əməliyyat aparıblar ki, bu da fevral ayı ilə müqayisədə 31% çoxdur.

Qeyd edək ki, bu ilin ilk iki ayında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR