Azərbaycandakı qeyri-rezidentlərin bank əmanətlərinin həcmi açıqlanıb

Azərbaycandakı qeyri-rezidentlərin bank əmanətlərinin həcmi açıqlanıb
# 08 may 2020 10:03 (UTC +04:00)

Bu ilin aprelin 1-nə qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarında olan əmanətlərinin həcmi 457 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu kateqoriyadan olan şəxslərin əmanətlərinin həcmində martın 1-i ilə müqayisədə 164,3 mln. manat və ya 26,5% azalma qeydə alınıb.

Əmanətlərin 111,8 mln. manatı və ya 24,5%-i milli valyutada, 345,1 mln. manatı və ya 75,5%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, qeyri-rezidentlərin fiziki şəxslərin kommersiya banklarındakı cəmi əmanətlərində xüsusi çəkisi aylıq ifadədə 1,7 faiz bəndi azalaraq aprelin 1-nə 5,5% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR