Azərbaycandan Gürcüstana pulköçürmələr 27% artıb

Azərbaycandan Gürcüstana pulköçürmələr 27% artıb
# 16 mart 2020 12:17 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 3,8 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Bu ilin fevralında Azərbaycandan Gürcüstana pulköçürmələr əvvəlki ayla müqayisədə 23,5% artaraq 2,1 mln. dollara bərabər olub.

Bundan başqa, bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana pulköçürmələrin həcmi 2,6 mln. dollar olub ki, bu da illik ifadədə 62,5% çoxdur.

Təkcə fevral aylarında Gürcüstandan Azərbaycana pulköçürmələr əvvəlki ayla müqayisədə 16,7% artaraq 1,4 mln. dolları təşkil edib.

Qeyd edək ki, fevralda Gürcüstana xaricdən edilən pul köçürmələrinin ümumi məbləği 137,3 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR