Azərbaycanın Aİ ölkələri ilə müsbət ticarət saldosu 30% azalıb

#
# 16:09
16 aprel 2021

Bu ilin I rübündə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 2,446 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 23,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar-mart aylarında Aİ-yə ixrac 1,963 mlrd. dollar, idxal isə 483,417 mln. dollara bərabər olub. Bu illik müqayisədə, müvafiq olaraq 25,9% və 8,8% azdır.

Beləliklə, cari ilin ilk rübündə 1,480 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 30,2% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Aİ ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 27,8% azdır. Ötən il 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo olub ki, bu da illik müqayisədə 47,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR