Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 7% azalıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 7% azalıb
# 18 mart 2020 10:04 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 2 440 745,2 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 90 298,8 min dollar və ya 3,6% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə 2019-cu ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 5% azalaraq 2 091 531,5 min dollar, idxalın həcmi isə 5,9% çoxalaraq 349 213,8 min dollar təşkil edib.

Cari ilin ilk iki ayında 1 742 317,7 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 128 984,8 min dollar və ya 6,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR