Azərbaycanın Çinlə ticarət dövriyyəsi 22% azalıb

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 22% azalıb
# 15 aprel 2020 12:47 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 423 876,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 120 606,3 min dollar və ya 22,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin ilk üç ayında ixracın həcmi 201 922,8 min dollar və ya 3,8 dəfə azalaraq 70 868,7 min dollar, idxalın həcmi isə 81 316,5 min dollar və ya 29,9% artaraq 353 007,7 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 282 138,9 min dollarlıq mənfi ticarət saldosu yaranıb, halbuki ötən ilin analoji dövründə 1 100,3 min dollarlıq müsbət saldo qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR