Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu kəskin azalıb

Azərbaycanın İranla ticarət dövriyyəsinin mənfi saldosu kəskin azalıb
# 17 iyun 2020 15:00 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın İranla apardığı ticarət mübadiləsinin həcmi 129 348 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan İrana ixracın həcmi 13 026,4 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 7 667,2 min dollar və ya 37,1% azdır.

İdxalın həcmi isə 116 321,6 min dollara bərabər olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 151 803,2 min dollar və ya 2,3 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 103 295,3 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,4 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR