Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 1% azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 1% azalıb
# 16 iyun 2020 15:27 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 1 687 773,8 min ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 132 816 min dollar və ya 29,7% artaraq 580 034,6 min dollar, idxal isə 148 788,8 min. dollar və ya 11,8% azalaraq 1 107 739,2 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 527 704,6 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 281 604,8 min dollar və ya 34,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR