Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 26%-dən çox azalıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 26%-dən çox azalıb
# 17 mart 2020 17:12 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 594 537,3 min ABŞ dollarına çatıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 50 023,6 və ya 35% artaraq 193 096,2 min dollar, idxal isə 24 487,5 min. dollar və ya 5,7% azalaraq 401 441,1 min dollar təşkil edib.

Nəticədə hesabat dövründə 208 345 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 74 511 min dollar və ya 26,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR