Azərbaycanın Qazaxıstana ixracı yanvar-sentyabrda 5% artıb

Azərbaycanın Qazaxıstana ixracı yanvar-sentyabrda 5% artıb
# 26 oktyabr 2020 15:15 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Qazaxıstan ilə apardığı ticarət mübadiləsinin həcmi 77 023,7 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80 554,6 min dollar və ya 2,4 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk doqquz ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 19 923,2 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 967,45 min dollar və ya 5,1% çoxdur.

İdxalın həcmi isə 57 100,52 min dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 106 710,89 min dollar və ya 2,9 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 37 177,3 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 107 678,34 min dollar və ya 3,9 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR