Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi kəskin azalıb

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi kəskin azalıb
# 22 sentyabr 2020 10:58 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Qazaxıstan ilə apardığı ticarət mübadiləsinin həcmi 68,71 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,55 mln. dollar və ya 2,4 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 18,19 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,79 mln. dollar və ya 4,6% çoxdur.

İdxalın həcmi isə 50,52 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 100,35 mln. dollar və ya 3 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 32,33 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 101,14 mln. dollar və ya 4,1 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR