Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 9% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 9% azalıb
# 16 iyun 2020 17:45 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 048 324,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 981,5 min dollar və ya 4,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 221 min dollar və ya 0,1% artaraq 278 884,2 min dollar, idxalın həcmi isə 47 202,5 min dollar və ya 5,8% azalaraq 769 440,4 min dollar təşkil edib.

Hesabat dövründə 490 556,1 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 474 23,5 min dollar və ya 8,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR