Azərbaycanın bank sektorunun mənfəəti rüblük 2,7 dəfə artıb - CƏDVƏL

Azərbaycanın bank sektorunun mənfəəti rüblük 2,7 dəfə artıb - CƏDVƏL
# 05 may 2021 16:41 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın bank sektorunun iştirakçıları 148,8 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.

"APA-Economics"in hesablamalarına görə, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 8,7% azalsa da, 2020-ci ilin IV rübü ilə müqayisədə 2,7 dəfə artıb. Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, hesabat dövründə bankların xalis faiz gəlirləri 0,6% artaraq 351,7 mln. manat təşkil edib, xalis qeyri-faiz zərəri isə 36,1% azalaraq 130,9 mln. manat bərabər olub. Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında bank sektorunun əməliyyat mənfəəti 220,8 mln. manat təşkil edib ki, bu da rüblük müqayisədə 52,5% çoxdur.

Qeyd edək ki, mənfəətdən vergilər rüblük 25,9% azalaraq 32,1 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 16,8% manat azalaraq 39 mln. manata enib. Digər xərclər isə 0,9 mln. manat artıb.

Göstəricilər, mln. manat

2021-ci ilin I rübü

2020-ci ilin IV rübü

Dinamika

Xalis faiz gəliri

351,7

349,6

0,6%

Xalis qeyri-faiz zərəri

130,9

204,8

-36,1%

Əməliyyat mənfəəti

220,8

144,8

52,5%

Digər gəlirlər (xərclər)

(0,9)

0,5

-

Xüsusi zərər ehtiyatı

39

46,9

-16,8%

Mənfəətdən vergilər

32,1

43,3

-25,9%

Xalis mənfəət

148,8

55

2,7 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR