Azərbaycanın icmal büdcəsinin profisiti ÜDM-in 5,5%-nə çatıb

Azərbaycanın icmal büdcəsinin profisiti ÜDM-in 5,5%-nə çatıb
# 21 aprel 2021 10:44 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 6 968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 458,6 mln. manat və ya 26,5% çoxdur.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, icmal büdcənin xərcləri isə 5 921,3 mln. manat icra olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6% çoxdur. Nəticədə icmal büdcədə 1 047,5 mln. manat büdcə profisit yaranıb, bu da ÜDM-in 5,5%-ni təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-i təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR