Azərbaycanın istehlak bazarı 4% azalıb

Azərbaycanın istehlak bazarı 4% azalıb
# 16 aprel 2021 13:55 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 mlrd. manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2% azalaraq 11,1 mlrd. manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR