Azərbaycanın peyk xidmətlərindən gəlirləri yanvar-martda 2% artıb

Azərbaycanın peyk xidmətlərindən gəlirləri yanvar-martda 2% artıb
# 29 aprel 2021 10:15 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 10,6 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, peyk operatorunun əldə etdiyi gəlir, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. 2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da fevral ayı ilə müqayisədə 67,7% azdır.

2021-ci ilin yanvar-mart ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ (4,7 mln. dollar), Birləşmiş Krallıq (2,3 mln. dollar), Fransa (1,9 mln. dollar), BƏƏ (432 min dollar) və Pakistan (351 min dollar) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR