Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb
# 03 may 2021 14:54 (UTC +04:00)

Bu ilin aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49 117,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 115,3%-nə bərabər olub.

Qeyd edək ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR