Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1% artıb

#
# 14:58
16 iyun 2020

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 22,9% azalaraq 11 136 978,87 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ik beş ayında Azərbaycan xarici ölkələrə 6 971 926,3 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 4 165 052,6 min. dollar olub. Nəticədə, 2 806 873,7 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 0,9% artıb, ixrac və idxal isə müvafiq olaraq 19,1% və 28,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR