Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2%-dən çox artıb

#
# 14:58
16 aprel 2021

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 2,6% azalaraq 6 668 302,2 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat aylarında Azərbaycan xarici ölkələrə 4 137 852,26 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 2 530 449,97 min. dollar olub. Nəticədə, 1 607 402,3 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,4% artıb, ixrac və idxal isə müvafiq olaraq 1,6% və 4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR