Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin artıb
# 17 mart 2020 17:00 (UTC +04:00)

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% azalaraq 5 036,4 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə ixracı 3,1% artaraq 3 249,4 mln. dollar, idxalın həcmi isə 17,5% azalaraq 1 787,1 mln. dollara bərabər olub. Nəticədə, 1 462,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 48,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR