Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu 15%-dən çox azalıb

Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu 15%-dən çox azalıb
# 21 sentyabr 2020 12:39 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 506,3 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,1% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk səkkiz ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 10,66 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,68 mln. dollar və ya 25,6% azdır.

İdxalın həcmi isə 495,64 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 93,49 mln. dollar və ya 15,9% azalıb.

Nəticədə, hesabat dövründə 484,98 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 89,81 mln. dollar və ya 15,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR