Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 33% azalıb

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 33% azalıb
# 19 iyun 2020 13:55 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 730 182,6 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 356 600,3 min dollar və ya 32,8% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin ilk beş ayında ixracın həcmi 414 026,5 min dollar və ya 3,2 dəfə azalaraq 188 960,8 min dollar, idxalın həcmi isə 57 426,2 min dollar və ya 11,9% artaraq 541 221,9 min dollara çatıb.

Cari ilin yanvar-may aylarında 352 261,1 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni aylarının müsbət saldosu ilə müqayisədə 471 452,7 min dollar və ya 395% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR