"Azərpoçt" AMB-nin "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi"nə qoşulub

"Azərpoçt" AMB-nin "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi"nə qoşulub
# 17 sentyabr 2020 12:56 (UTC +04:00)

"Azərpoçt" MMC Mərkəzi Bankın (AMB) "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi"nə qoşulub.

"APA-Economics"in AMB-ə istinadən verdiyi məlumata görə, artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən "Azərpoçt" MMC bu sistemin (infobank.az) tərkibində "Filial və şöbələr", "Bankomatlar", "Ödəniş terminalları", "Ödəniş kartları" bölmələrində "Azərpoçt" MMC-nin müvafiq məlumatları yer alıb.

Bundan əlavə, əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inkluzivliyini təmin edən "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi"nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinə və 2018-ci il 28 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın "Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması" prioritetinə uyğun olaraq hazırlanmış Mərkəzi Bankın "Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi"nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR