BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 150 mln. manatlıq notları yerləşdirilib
# 28 oktyabr 2020 13:01 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 501000386S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 13 investor tərəfindən qiymət 99,5351 manat (6,01%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 740 215 700 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiymətləri 99,5351 manat (6,01%) səviyyəsində müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 25 noyabr 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR