BFB-də AMB-nin 250 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 250 mln. manatlıq notları yerləşdirilib
# 03 iyun 2020 15:12 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 12 investor tərəfindən qiymət 99,4773 manat (6,76%) 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 318 800 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 manat (6,76%), orta ölçülmüş qiyməti 99,4773 manat (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 1 iyul 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR